Menyu

Xızı və Samux rayonuna yeni prokuror təyin olunub

Əziz Əzizli
Xızı və Samux rayonuna yeni prokuror təyin olunub

Azərbaycanın iki rayonuna yeni prokuror təyin olunub.

Baş prokurorluğun Mətbuat xidməti "Operativ Media"nın sorğusuna cavab olaraq bildirib ki, Baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən Xəyalə Aslanovaya Xızı rayon prokuroru vəzifəsinin icrası həvalə edilib.

Bu təyinata qədər Xəyalə Aslanova Azərbaycan Respublikasının Baş Prоkurоrluğunun Ədliyyə, gömrük və vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idərisinin рrоkuroru vəzifəsində çalışıb.

Bundan başqa, Baş prokuror Kamran Əliyevin digər əmrinə əsasən Samux rayon prokuroru vəzifəsinin icrası Könül Ələsgərovaya həvalə edilib.

Könül Ələsgərova bu təyinata qədər Bakı şəhər prokurorunun böyük köməkçisi vəzifəsində işləyib

Teqlər:

"X\u0131z\u0131 v\u0259 Samux rayonuna yeni prokuror t\u0259yin olunub"

Əlaqəli Xəbərlər