Masallı sakinlərindən 1 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Nərmin Qocamanlı
Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini E.Əliyev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şəxsi axtarış zamanı ondan yarım kiloqrama yaxın marixuana aşkarlanaraq götürülüb.
Şöbə əməkdaşlarının Masallı şəhəri ərazisində keçirdikləri digər əməliyyat zamanı isə rayon sakini İ.Əlizadə saxlanılıb. Həmin şəxsdən 450 qram marixuana aşkarlanaraq götürülüb.
Faktlarla bağlı Masallı RPŞ-də araşdırma aparılır.