Şirvanda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb
Nərmin Qocamanlı
Yanvarın 8-də saat 10:30 radələrində Şirvan şəhəri ərazisində 1950-ci il təvəllüdlü Allahverdi Şərifovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Şirvan şəhər prokurorluğundan "Operativ Media"ya verilən məlumata görə, araşdırmalarla 1979-cu il təvəllüdlü Seymur Şərifovun Şirvan şəhəri 28 May küçəsində yerləşən mənzildə aralarında yaranmış mübahisə zamanı atası Allahverdi Şərifova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Seymur Şərifov iş üzrə şübhəli şəxs qismində tutulub.
Hazırda ibtidai istintaq davam edir.
Teqlər:
"\u015eirvanda q\u0259sd\u0259n adam \u00f6ld\u00fcrm\u0259 fakt\u0131 \u00fczr\u0259 cinay\u0259t i\u015fi ba\u015flan\u0131b"