Menyu

Bazarlarda ən çox alınan balıq hansıdır?

Redaksiya
Bazarlarda ən çox alınan balıq hansıdır?

Əvvəllər bazarlarda ən çox satılan balıq sazan olsa da, artıq bu tendensiya dəyişib. Dəniz məhsullarının satışı ilə məşğul olan İlkin Novruzov deyir ki, bəzi məhsulların çeşidi artıb, bəzi balıqlar isə indi çətin tapılır. İnsanlar əvvəlki kimi sazan almırlar.

"Dəniz balıqları demək olar ki, çox az hallarda olur. Vaxt var idi hamı dəniz sazanı axtarırdı. İndi isə farel, çupra, levrek çox satılır. Farel indi elə yetişdirilir ki, dadı əvvəlki yetişdirilmə farellərdən çox fərqlənir. İndi dəniz farelinin dadına daha yaxındı. Qiyməti də sərf edir deyə insanlar daha çox alıb kabab, ləvəngi edirlər".

İlkin Novruzov deyir ki, əvvəllər Azərbaycan bazarlarında alıcısı az olan balıq növləri var idi ki, indi satışında xeyli artım var.

"Çupra, levrek bazarda alıcı yığıb. Çox dadlı balıqlardır. Bu balıqları əvvəllər restoranlar xarici qonaqlar üçün alırdı. Yavaş-yavaş yerli müştərilər də balığın dadını gördülər və bazarda geniş yayıldı. Qiyməti dondurulmuş halda və ya buzun içərisində gətirilməsindən asılı olaraq dəyişir. Çupra ölçüsünə görə, 8-12 manat arası, dondurulmamış halda isə, 15-20 manat arası satılır. Levrek balığı isə 10 manatdan başlayır. Ölçüsünə görə 20 manata da satılır".

İlkin Novruzov deyir ki, bazara balıqlar hazırda yerli istehsal müəssisələrindən, İran, Türkiyə və Rusiyadan gətirilir.

"Rusiya fareli 8-10 manata, İran fareli 10-13 manata, yerli istehsal farel isə 10-16 manata satılır. Dənizdə ovlanmaya məhdudiyyətlər var, bundan əlavə dənizdə artıq balıq yoxdu. Ona görə də, satışda təsərrüfat balıqlarıdır. Sazanın qiymətləri 6-7 manatdan başlayır. Ölçüsünə görə 12-13 manat da olur. Bazarda 5-6 manata satılan Rusiya sazanları da olur. Yerli sazanlar isə 9-10 manatdır".

Teqlər:

"Bazarlarda \u0259n \u00e7ox al\u0131nan bal\u0131q hans\u0131d\u0131r?"

Əlaqəli Xəbərlər