Menyu

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Nərmin Qocamanlı
Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
1 dəq oxu

Yanvarın 8-də ölkə ərazisində qeydə alınan* 77, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in Mətbuat xidmətindən verilən məlumata görə, borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 63 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.

Əlaqəli Xəbərlər