Menyu

Şirvanda saxta dollar satan dəstə üzvləri saxlanılıb

Nərmin Qocamanlı
Şirvanda saxta dollar satan dəstə üzvləri saxlanılıb

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə  şəhər ərazisində saxta pulların dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olan əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Pərvin Abdullayev Şirvan şəhəri ərazisində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 37 ədəd saxta 100 dollarlıq əskinazlar aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində saxta əskinasları birgə qazanc əldə etmək məqsədilə tanışı Elyanur adlı şəxsdən əldə etdiyini bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq Şirvan şəhər sakini Elyanur Mirzəyev də saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Saxlanılanların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər