Polis əməkdaşları ötən gün 3 avtomat, 4 qumbara, 19 tüfəng təhvil götürüblər
Nərmin Qocamanlı
Yanvarın 9-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat, 4 qumbara, 3 alışdırıcı, 19 müxtəlif markalı tüfəng, 2 patron darağı və 715 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.
Bu barədə "Operativ Media"ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Eyni zamanda, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 8 qumbara, 2 alışdırıcı, 10 müxtəlif markalı tüfəng, 1 patron darağı və 103 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net