Bakıda restoranda yanğın baş verib
Nərmin Qocamanlı
Bakıda restoranda yanğın baş verib.
"Operativ Media" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Məlumata görə, FHN-in "112" qaynar xəttinə Yasamal rayonu, M. Müşfiq küçəsində yerləşən "Şaurma 1" restoranında yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Şaurma 1" restoranına məxsus manqalın tüstü borusunda yanğın baş verdiyi məlum olub. Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net