Menyu

Xocavənddə sursatlar aşkar edilib

Nərmin Qocamanlı
Xocavənddə sursatlar aşkar edilib
1 dəq oxu

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının rayon ərazisində keçirdiyi tədbirlər zamanı sursatlar aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən  23 əl qumbarası, 19 ədəd müxtəlif çaplı mərmi, patronlar və digər sursatlar aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Əlaqəli Xəbərlər