İkinci əl kombilər neçəyədir?

Redaksiya
İkinci əl kombilər neçəyədir?

Havaların soyuması ilə istilik sistemlərinin satışı canlanıb. Xüsusilə qənaət axtaranlar ikinci əl kombi bazarına üz tuturlar.

İkinci əl məişət əşyalarının satışı ilə məşğul olan Xaliq Quliyev “Operativ Media”ya bildirib ki, paytaxta qar yağdıqdan sonra kombilərə tələbat artıb.

“İnsanlar əvvəlki kimi İran istehsalı, Rusiya istehsalı olan ucuz qızdırıcılara üstünlük vermirlər. Çünki işlənmiş kombi digər variantlardan sərfəli düşür. İstifadə olunmuş kombiləri bizə gətirirlər, biz də təmir edib satırıq. Evini dəyişir deyə və ya yeni model alır deyə gətirib bizə satırlar. O qədər adam olur ki, səhv alır, hesablaya bilmir evin ölçülərini. Görür ki, qızdırmır, məcbur qaytara bilmədiyindən dəyərindən ucuz satır”.

Xaliq Quliyevin sözlərinə görə, işlənmiş məhsullar təzə il yarıbayarı qiymət fərqi edir. 

“Türk kombiləri 300-400 manatdır. 24-lük kombinin təzəsi 1000-1200 manatdırsa, biz 500-550 manata təklif edirik. Hamı bizdən soruşur ki, niyə ucuzdur? İzah edirik ki, biz kombini alırıq, esenjyoru yuyub təmizləyirik, detallarını yoxlayırıq. Biz deyən qaydada kombi quraşdırılsa, 6 ay da qarantiya veririk. Kombi tamamilə yararsız olduqda belə alırıq, çünki onun bəzi detalları lazım olur”.

Digər xəbərlər