Menyu

Bakıda qadının güllələnməsi faktı ilə bağlı cinayət işi başlanıb

Nərmin Qocamanlı
Bakıda qadının güllələnməsi faktı ilə bağlı cinayət işi başlanıb
1 dəq oxu

Yanvarın 16-da paytaxtın Səbail rayonu ərazisində Cəmilə Məmmədovaya ov tüfəngindən atəş açılmaqla xəsarət yetirilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə istintaq aparılır.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, ilkin istintaqla cinayətin Rəşad Əsədzadə tərəfindən aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Əlaqəli Xəbərlər