Menyu

Saray qəsəbəsində kişi qətlə yetirilib, qaynatası saxlanılıb - YENİLƏNİB 2

Nərmin Qocamanlı
Saray qəsəbəsində kişi qətlə yetirilib, qaynatası saxlanılıb - YENİLƏNİB 2

Yanvarın 18-i saat 14 radələrində 1989-cu il təvəllüdlü Elvin Ələkbərovun Saray qəsəbəsi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Aparılan araşdırma zamanı 1975-ci il təvəllüdlü Tayır Tayırovun aralarında yaranmış mübahisə zamanı qohumu Elvin Ələkbərova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Tayır Tayırov könüllü olaraq istintaqa təslim olub və iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam edir.

***

15:55

Saray qəsəbəsində 35 yaşlı kişinin qətlinə görə cinayət əməlini törətməkdə şübhəli bilinən, onun qayınatası 1975-ci il təvəllüdlü Tayırov Tayır İdayət oğlu saxlanılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Araşdırma aparılır.

***

15:44

Yanvarın 18-də saat 15 radələrində Abşeron rayonu Saray qəsəbəsində 1989-cu il təvəllüdlü Ələkbərov Elvin Seyidpirəli oğlunun kəsimiş-deşimiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub. 

DİN-in mətbuat xidmətindən "Operativ Media"ya bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin saxlanması istiqamətində tədbirlər görülür. 

Əlavə məlumat veriləcəkdir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər