Menyu

Siyandan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib

Nərmin Qocamanlı
Siyandan İstanbula uçan təyyarə Bakı hava limanına təcili eniş edib

“National Airlines” aviaşirkətinin Siyan-İstanbul reysini həyata keçirən hava gəmisinin kapitanı texniki səbəbdən Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə "Operativ Media"ya Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, ABŞ aviadaşıyıcısının təyyarəsi yerli vaxtla saat 07:23-də Bakı hava limanına təhlükəsiz eniş edib.

Hazırda yaranmış texniki nasazlığın aradan qaldırılması məqsədilə bütün lazımi tədbirlər görülür.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər