Menyu

Balakən sakinləri 2 “Kalaşnikov” avtomatını polisə təhvil veriblər

Nərmin Qocamanlı
Balakən sakinləri 2 “Kalaşnikov” avtomatını polisə təhvil veriblər

Vətəndaşlarda olan odlu silah-sursatların könüllü təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən aparılan profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Balakən Rayon Polis Şöbəsinə müraciət edən iki nəfər rayon sakini tapdıqları 2 “Kalaşnikov” markalı avtomatı və həmin silaha məxsus 2 darağı könüllü olaraq təhvil veriblər.

Gələcəkdə baş verə biləcək ağır cinayətlərin qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.

Teqlər:

"Balak\u0259n sakinl\u0259ri 2\u00a0\u201cKala\u015fnikov\u201d avtomat\u0131n\u0131 polis\u0259 t\u0259hvil veribl\u0259r"

Əlaqəli Xəbərlər