Menyu

Bakıda qanunsuz tikililər sökülüb - VİDEO

Nərmin Qocamanlı
Bakıda qanunsuz tikililər sökülüb - VİDEO
1 dəq oxu

Bakıda qanunsuz tikililər sökülüb.

Bu barədə "Operativ Media"ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakı şəhəri, Binəqədi rayonunun Süleyman Sani Axundov küçəsində yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mövcud qeyri-yaşayış sahəsinin ön hissəsində və Biləcəri qəsəbəsi ərazisində avtoservisin həyətində qanunsuz olaraq tikinti işlərinin aparılması faktları aşkar edilib.

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz quraşdırlan metal konsturuksiyalar sökülüb.

Əlaqəli Xəbərlər