Menyu

TƏBİB: Bakıda sexdəki yanğında xəsarət alanların 9-nun vəziyyəti ağırdır

Nərmin Qocamanlı
TƏBİB: Bakıda sexdəki yanğında xəsarət alanların 9-nun vəziyyəti ağırdır
1 dəq oxu

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 10 nəfərin müalicəsi davam etdirilir.

"Operativ Media" xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

Məlumata görə, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 9 nəfərdən 3-nün vəziyyəti ağır stabil, 6 nəfərin vəziyyəti isə orta ağır olaraq qalır.

Qeyd olunub ki, Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 1 nəfərin müalicəsi davam etdirilir, 2 nəfər ambulator müalicə üçün evə buraxılıb.

 

Əlaqəli Xəbərlər