Menyu

Azəriqaz: Mənzillərdə və sənaye obyektlərində texniki müayinələr aparılır

Nərmin Qocamanlı
Azəriqaz: Mənzillərdə və sənaye obyektlərində texniki müayinələr aparılır

Yanvar ayından etibarən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi istehlakçıların mənzillərində və sənaye obyektlərində qazdan istifadə qaydalarına riayət olunmasını yoxlamaq üçün texniki müayinələrə başlayıb.

"Operativ Media" xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Açıq qapı” aksiyası çərçivəsində media və QHT nümayəndələri ilə keçirilən görüşdə deyib.

O bildirib ki, bu işə xüsusi diqqətin əsas və yeganə səbəbi abonentlərin qazdan təhlükəsiz istifadə etməsidir: “Texniki şərtdən kənara çıxma halları çoxdur. Buna misal olaraq mətbəxin yerinin dəyişdirilməsi, qaza adekvat olmayan cihazların quraşdırılması, qaz cihazlarının növlərinin dəyişdirilməsi və bu kimi hallardır. Texniki müayinələrin məqsədi məhz bu kimi halları aradan qaldırmaq və abonent təhlükəsizliyini təmin etməkdir”.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər