Menyu

Mingəçevirdə məktəb direktoru 26 min manatdan artıq dövlət vəsaitini mənimsəyib

Nərmin Qocamanlı
Mingəçevirdə məktəb direktoru 26 min manatdan artıq dövlət vəsaitini mənimsəyib

Mingəçevir şəhər 4 saylı tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı daxil olmuş vətəndaş müraciəti əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mingəçevir şəhər prokrurorluğu məlumat yayıb.

Araşdırma zamanı Azər Qazıyevin qeyd edilən təhsil müəssisəsində direktor vəzifəsini icra etdiyi 2020-2023-cü illər ərzində  məktəbdə texniki vəzifədə çalışan, işə davamiyyəti olmayan işçilərə əməkhaqqı ödənilməsi yolu ilə 26 min manatdan artıq dövlət vəsaitini mənimsəməsi və israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Mingəçevir şəhər prokrurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) maddələrilə cinayət işi başlanaraq istintaq aparılır.

Teqlər:

"Ming\u0259\u00e7evird\u0259 m\u0259kt\u0259b direktoru 26 min manatdan art\u0131q d\u00f6vl\u0259t v\u0259saitini m\u0259nims\u0259yib"

Əlaqəli Xəbərlər