Ötən il Bakıda soyğunçuluq və quldurluq törədən 42 qrup ifşa olunub

Nərmin Qocamanlı
Ötən il Bakıda soyğunçuluq və quldurluq törədən 42 qrup ifşa olunub

2023-cü ildə Bakıda 49 soyğunçuluq və quldurluq cinayəti törədən 103 nəfərdən ibarət 42 qrup, eləcə də 56 mənzil oğurluğunda şübhəli bilinən 56 nəfərdən ibarət 26 cinayətkar qrup ifşa olunub.

"Operativ Media" xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Əkbər İsmayılov əməliyyat müşavirəsində bildirib.

O, qeyd edib ki, bu müddət ərzində istintaqı tamamlanan cinayət işləri üzrə vətəndaşlara vurulan maddi ziyanın 76,6 faizinin (33 milyon 748 min 928 manat) ödətdirilməsi təmin olunub. 

Digər xəbərlər