Menyu

XRİTDX-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

Nərmin Qocamanlı
XRİTDX-in şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib

20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəisi general-leytenant İlqar Musayev və şəxsi heyət Şəhidlər xiyabanını ziyarət ediblər.

Xidmətdən "Operativ Media"ya verilən məlumata görə, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının müqəddəs xatirəsi dərin ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb. Xidmət adından “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Daha sonra Xidmətin inzibati binasında əməkdaşlar üçün 20 Yanvar faciəsinə həsr olunmuş film nümayiş etdirilib.

Teqlər:

"XR\u0130TDX-in \u015f\u0259xsi hey\u0259ti \u015e\u0259hidl\u0259r xiyaban\u0131n\u0131 ziyar\u0259t edib"

Əlaqəli Xəbərlər