19 Yanvar 2024, 16:30
Mikro sahibkarlar üzrə vergi güzəştinin ləğvi hansı sektorlarda qiymətləri qaldıracaq?
Mikro sahibkarlar üzrə vergi güzəştinin ləğvi hansı sektorlarda qiymətləri qaldıracaq? şəkil
Mikro sahibkarlar üzrə vergi güzəştinin ləğvi hansı sektorlarda qiymətləri qaldıracaq?

Bu ildən artıq Azərbaycanda muzdlu işçilərinin orta aylıq sayı 3-dən az olan və məcburi dövlət sosial sığorta haqları üzrə borcu olan mikro sahibkarlar gəlirlərinin 5 %-i qədər deyil, 20 %-i qədər vergi ödəyəcəklər, başqa sözlə, onlar üçün 75 %-lik vergi güzəşti və azadolma tətbiq edilməyəcək.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən vergi ödəyicisi vergi güzəştinin tətbiqi məqsədilə şərtlərə cavab vermədikdə, növbəti hesabat ilində mikro sahibkarlıq subyektindən digər kateqoriya sahibkarlıq subyektinə keçdikdə fərdi sahibkarın mikro sahibkar olduğu əvvəlki 3 təqvim ilinin yekunlarına görə hesablanmış və ödənilmiş gəlir vergisinin 75 %-i qədər vergi güzəşti müəyyən edilmədikdə digər sahibkarlıq subyekti olduğu dövrlərdə gəlir vergisi öhdəliyindən çıxılır.

Bəs bu qərar kimlərə təsir edəcək?

“Operativ Media” ya açıqlama verən vergi məsələləri üzrə vəkil Nahid Tağıyev deyir ki, 2019-cu ildən tətbiq edilən güzəştin ləğv edilməsi bir sıra sektorlarda bahalaşmaya səbəb olacaq:

“Qərar mirko sahibkarların mənfəətlərinin 75 faizini vergidən azad edirdi. 2019-cu ildən tətbiq edilən güzəşt sərtləşdirildi. Səbəb isə neqativ halların olması idi. Bir sıra şəxslər var idi ki, 20 faizi ödəməmək üçün bir neçə şirkət açırdı. 200 min dövriyyə həddini gözləməklə gəlirlərini gizlətməyə çalışırdılar. Yeni qərarla isə neqativ halların qarşısını almağa çalışırlar. Bu isə qurunun oduna yaşın da yanmasına səbəb oldu. Bəzi sahibkarlarımız var idi ki, tək işləyirdilər və həqiqətən də dövriyyələri o qədər deyildi. Məsələn, kuryerlər, tərcüməçilər və xidmət sahələrində olan bir çox işçi bu kateqoriyada idi”.

Vəkil deyir ki, yeni qanun xüsusi ilə xidmət sektoru və onlayn xidmət göstərənlər üçün itki olacaq:

“Misal üçün kuryerlərin nümunəsində fərqə baxaq. Çünki, bu kuryerlərə daha çox təsir edir. Kuryerlər min manat gəlir edirdilərsə, 5 faiz gəlirlə 50 manat ödəyirdilər. Bununla belə 13 manat 80 qəpik İcbari Tibbi Sığorta ödənişi, 86 manat 25 qəpik Məcburi Dövlət Sosial Sığorta haqqı ödəyirdilər. Bu ildən isə təkcə gəlir vergisi üçün 200 manat ödəyəcəklər. Sözsüz ki, bu sektorlar üçün qiymətlərə təsir edəcək”.

Son xəbərlər
İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatıb
Paşinyan Brüsselə gedəcək
Tramp yaxın iki həftə ərzində İrana zərbə ilə bağlı qərar verəcək
Azərbaycanlı məktəbli beynəlxalq olimpiadada qızıl medal qazanıb
Liderlər "Maraş dondurması"nın dadına baxıblar - VİDEO
19 İyun 2025, 21:35
Sertifikatlaşdırma imtahanları vahid sistem vasitəsilə izlənilir
Vətən müharibəsində Azərbaycanın mülki infrastrukturuna vurulan ziyanla bağlı sənədlər məhkəmədə tədqiq olunub
Almaniya İrandakı vətəndaşlarına Azərbaycan sərhədini tövsiyə edib