Menyu

Gürcüstandan Azərbaycana qanunsuz yollarla keçməyə çalışan şəxs saxlanılıb

Nərmin Qocamanlı
Gürcüstandan Azərbaycana qanunsuz yollarla keçməyə çalışan şəxs saxlanılıb

Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsi əməkdaşlarının sayıqlığı və peşəkarlığı nəticəsində Gürcüstandan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, yanvarın 19-da saat 04:30-da “Qırmızı körpü” dövlət sərhədindən buraxılış məntəqəsində Füzuli rayon sakini 1987-ci il təvəllüdlü Sadıqov Ömər Tapdıq oğlunun idarə etdiyi “Daf” markalı 99-UL-655 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə birgə baxış zamanı avtomobilin qoşqusunun plomblanmış yük yerində gizli şəkildə dövlət sərhədini qanunsuz yolla keçməyə cəhd göstərən Gürcüstan vətəndaşı 1987-ci il təvəllüdlü Lamia Mamedova saxlanılıb. 

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir.

Teqlər:

"G\u00fcrc\u00fcstandan Az\u0259rbaycana qanunsuz yollarla ke\u00e7m\u0259y\u0259 \u00e7al\u0131\u015fan \u015f\u0259xs saxlan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər