Menyu

Ötən il 470 min manatdan artıq sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Nərmin Qocamanlı
Ötən il 470 min manatdan artıq sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

Ötən il ərzində 107 işçi ilə əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyi də müəyyən olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən "Operativ Media"ya verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin işçilərin əvvəlki iş yerlərinə bərpası təmin edilib.

Keçən il vətəndaş müraciətlərinin araşdırılması zamanı 471,6 min manat məbləğində sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib. Xidmətin gördüyü tədbirlər nəticəsində işəgötürənlər tərəfindən həmin vəsaitin işçilərə ödənilməsi təmin edilib.

Ödənilən vəsaitin 370,1 min manatı əməkhaqlarından, 87,9 min manatı işəgötürənlər tərəfindən ödənilməli olan müavinət və kompensasiyalardan, 13,6 min manatı isə zərərə görə ödənclərdən ibarət olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər