Menyu

Səhiyyə Nazirliyinin rəhbərliyi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

Redaksiya
Səhiyyə Nazirliyinin rəhbərliyi 20 Yanvar şəhidlərinin əziz xatirəsini ehtiramla yad edib

20 Yanvar hadisələrinin 34-cü ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı uğrunda həlak olanların əziz xatirəsini ehtiramla yad edib. Bu barədə "Operativ Media"ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.

1990-cı il yanvarın 20-də Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verib. Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazıblar.

20 Yanvar Azərbaycan xalqının həyatında dönüş nöqtəsi olub.

1990-cı ildən başlanan ağır, çətin, ancaq şərəfli yol Qarabağ Zəfəri ilə ən şanlı zirvəyə çatıb. Ermənistanın işğal etdiyi torpaqlarımız 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Teqlər:

"S\u0259hiyy\u0259 Nazirliyinin r\u0259hb\u0259rliyi 20 Yanvar \u015f\u0259hidl\u0259rinin \u0259ziz xatir\u0259sini ehtiramla yad edib"

Əlaqəli Xəbərlər