Menyu

Bakıda köməksiz vəziyyətdə qalan 91 yaşlı kişi xilas edildi

Bakıda köməksiz vəziyyətdə qalan 91 yaşlı kişi xilas edildi
1 dəq oxu

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

"Operativ Media" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 1933-cü il təvəllüdlü S.Əliyevi xilas ediblər.

Əlaqəli Xəbərlər