Bakıda eyniadlı küçələr niyə hələ də qalıb?

Nərmin Qocamanlı
Bakıda eyniadlı küçələr niyə hələ də qalıb?

Bakıda bəzi küçələr hələ də eyni adı daşıyır. Bakıda bəzi küçələr var ki, 3 ünvanda verilib. Mələsən 3 yerdə Ruhulla Axundov küçəsi var: Nəsimi rayonu, Bakıxanov və Buzovna qəsəbələri. 

“Operativ Media” digər küçələrdəki adları da araşdırıb. Maraqlısı odur ki, eyni adlı küçələr xüsusilə Bakı kəndlərində daha çoxdur. 

General Səmədbəy Mehmandarov küçəsi, Günəşli qəsəbəsində eyni zamanda Bakıxanov qəsəbəsində də var.

Rezervuar küçələri isə həm Binəqədi rayonunda, həm də Xətai rayonunda var. Maraqlı məqam odur ki, Rezervuar adı yalnız iki rayonda deyil, həm də hər rayonda bir neçə küçəyə verilib. Rezervuar-1, Rezervuar-2, Rezervuar-3, Rezervuar-4 kimi bir neçə küçədə bu ad var.

Əbdülvahab Salamzadə küçəsi isə Gənclikdə və Yasamalda var. Asəf Zeynallı küçəsi Biləcəri və İçərişəhərdə, Mir Cəlal küçəsi isə 9-cu mikrarayon və Böyük Şor gölü ətradında yerləşən küçədə var.

 Təkrarlanan adlar daha çox şair və yazıçı adlarıdır. Təkrar adlar probleminin həlli üçün vətəndaşlar dəfələrlə müraciət etsələr də, bu küçə adları dəyişdirilməyib. Yalnız “26 Bakı Komissarı” küçəsinin adı 26 ildən sonra dəyişdirilərək “2 Aprel” küçəsi edilib. Vətəndaşlar deyir ki, eyni adlı küçələr taksi sifarişi və təcili yardım çağıran zaman problem yaradır. 

Məsələ ilə bağlı Bakı şəhər İcra Hakimiyyətindən açıqlama almaq mümkün olmadı.

Qeyd edək ki, qanunvericiliyə əsasən yerli icra hakimiyyəti orqanının müraciəti əsasında Nazirlər Kabineti küçə adının dəyişdirilməsi barədə qərar qəbul edə bilər.

Digər xəbərlər