Menyu

Zərdabda yaşayış olmayan çöllük ərazidən "Naqan" tapılıb 

Nərmin Qocamanlı
Zərdabda yaşayış olmayan çöllük ərazidən "Naqan" tapılıb 
1 dəq oxu

Zərdab Rayon Polis Şöbəsinə rayonun Sarıqaya kəndi ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən həmin əraziyə keçirilən baxış zamanı oradan 1 ədəd "Naqan" markalı tapança və 6 ədəd patron aşkarlanaraq götürülüb.

Bundan əlavə, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü olaraq təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 6 nəfər rayon sakini müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Faktlarla bağlı Zərdab RPŞ-də araşdırmalar aparılır.

Əlaqəli Xəbərlər