Menyu

Ağcabədidə 20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Nərmin Qocamanlı
Ağcabədidə 20 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb
1 dəq oxu

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Xaliq Əsədov və İmran Qasımov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, X.Əsədovun yaşadığı ünvanda müvafiq qaydada aparılan axtarış zamanı 10 kiloqramdan artıq marixuana, İ.Qasımovun üzərindən heroin və marixuana bükümləri, evindən 8 kiloqrama yaxın marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Əlaqəli Xəbərlər