Menyu

Mal-qaranın sığortalanması üzrə tariflər endirilib

Nərmin Qocamanlı
Mal-qaranın sığortalanması üzrə tariflər endirilib

Kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflər aşağı salınıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyəti qəbul etdiyi yeni qərara əsasən, heyvanların baza təminatlı və geniş təminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib.

Qeyd olunub ki, indiyədək bu tariflər müvafiq olaraq 6,1% və 9,5% həddində olub.

“İindiyədək qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi. Dəyişiklikdən sonra isə həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyədək 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata enib”, - KTN-in yaydığı məlumatda deyilir.

Teqlər:

"Mal-qaran\u0131n s\u0131\u011fortalanmas\u0131 \u00fczr\u0259 tarifl\u0259r endirilib"

Əlaqəli Xəbərlər