Ötən il qanunsuz dövriyyədən 4 ton 464 kiloqram narkotik vasitə çıxarılıb
Nərmin Qocamanlı
Ötən il qanunsuz dövriyyədən 4 ton 464 kiloqram, yəni 2022-ci illə müqayisədə 1 ton 46 kiloqram çox narkotik vasitə götürülüb, 620 kq narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb, onlayn satışla bağlı 366 fakt aşkarlanıb və müvafiq cinayətlərlə əlaqədar 160 cinayətkar qrup zərərsizləşdirilib.
"Operativ Media" xəbər verir ki, bu barədə yanvarın 23-də Daxili İşlər Nazirliyində 2023-cü ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunan geniş Kollegiya iclasında bildirilib.
Teqlər:
"\u00d6t\u0259n il qanunsuz d\u00f6vriyy\u0259d\u0259n 4 ton 464 kiloqram narkotik vasit\u0259 \u00e7\u0131xar\u0131l\u0131b"