Menyu

Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Nərmin Qocamanlı
Qəbələdə narkotikin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunub

Qəbələ Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbir nəticəsində narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü müəyyən olunaraq məsuliyyətə cəlb edilib. 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ağdaş rayon sakini Nurlan Xəlilovun idarə etdiyi “VAZ-2103” markalı nəqliyyat vasitəsi yol polisi əməkdaşı tərəfindən nəzarət-yoxlama qaydasında saxlanılıb. Sənədlərin yoxlanılması zamanı sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin edilib. Müayinənin də nəticəsinə əsasən N.Xəlilovun narkotik vasitə qəbul etməsi məlum olub. 
Həmin şəxs barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər