Menyu

MSK-da informasiya texnologiyaları mütəxəssisləri üçün seminarlara başlanılıb

Nərmin Qocamanlı
MSK-da informasiya texnologiyaları mütəxəssisləri üçün seminarlara başlanılıb

Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilə əlaqədar yanvarın 24-də Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının informasiya texnologiyaları (IT) üzrə mütəxəssisləri üçün seminarlara başlanılıb.

"Operativ Media" xəbər verir ki, seminarın təşkilində məqsəd dairə seçki komissiyalarının informasiya texnologiya üzrə mütəxəssislərini Dövlət Avtomatlaşdırılmış İnformasiya Sisteminin (DAİS) təkmilləşdirilən imkanları barədə məlumatlandırmaq, DAİS-in proqram təminatları ilə birbaşa və praktiki istifadənin təmin edilməsi, habelə iştirakçıları maraqlandıran məsələlərin əyani şəkildə izah edilməsidir.

IT mütəxəssisləri seminarlarda praktiki məşğələlərlə test rejimində işləyəcəklər.

Seminarlara yanvarın 26-da yekun vurulacaq.

Teqlər:

"MSK-da informasiya texnologiyalar\u0131 m\u00fct\u0259x\u0259ssisl\u0259ri \u00fc\u00e7\u00fcn seminarlara ba\u015flan\u0131l\u0131b"

Əlaqəli Xəbərlər