Ağsuda hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub.
Nərmin Qocamanlı
Ağsuda hava şəraiti ilə əlaqədar polis əməkdaşları tərəfindən gücləndirilmiş xidmət təşkil olunub.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan "Operativ Media"ya bildirilib ki, sürücülərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə zəruri tədbirlər həyata keçirilir.
Nəqliyyatın hərəkəti polis əməkdaşları tərəfindən tənzimlənir, sürücülərlə profilaktik iş aparılır və onlara yollarda olan vəziyyət barədə məlumat verilir.
Vətəndaşlarımıza köməklik göstərilir, onların mənzil başına təhlükəsiz çatmaları təmin edilir. Yol patrul xidməti avtomobillərinin müşayəti ilə Ağsu rayon 16 saylı Yol İstismar İdarəsinin əməkdaşları tərəfindən əraziyə qum, duz səpilir. Təhlükəsizlik tədbirləri davam edir.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma