Menyu

Masallı sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb

Nərmin Qocamanlı
Masallı sakinlərindən 11 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlanıb
1 dəq oxu

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının  keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri əvvəllər məhkum olunmuş Elvir Qafarov və Vüsal Abdullayev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, keçirilən baxış zamanı Elvir Qafarovun üzərindən və əlindəki çantadan ümumilikdə 8 kiloqram marixuana, 2 kiloqrama yaxın heroin, 1 kiloqram metamfetamin aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər