Menyu

İsi Mustafayev: "Xankəndi Poçt Filialının yaradılması ilə bağlı işlər davam etdirilir"

Nərmin Qocamanlı
İsi Mustafayev: "Xankəndi Poçt Filialının yaradılması ilə  bağlı işlər davam etdirilir"

İşğaldan azad olunmuş ərazilərdə poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

“Operativ Media" xəbər verir ki, bunu “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarə heyətinin sədri vəzifəsini icra edən İsi Mustafayev ötən ilin yekunlarına dair hesabatın təqdimatı zamanı deyib.

Onun sözlərinə görə, hazırda Xankəndi Poçt Filialının yaradılması, Şuşa, Laçın, Xocavənd və Əskəran şəhərlərində poçt xidmətlərinin təşkili üçün inzibati binaların müəyyən edilməsi ilə bağlı işlər davam etdirilir.

İ.Mustafayev əlavə edib ki, 2020-ci ildə Hadrutda, daha sonra Cocuq Mərcanlıda poçt şöbəsi yaradılıb. 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər