Menyu

Prokurorluq: Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya olunub

Nərmin Qocamanlı
Prokurorluq: Beynəlxalq axtarışda olan şəxslər Azərbaycana ekstradisiya olunub

Beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Əliyev Xalid Əliağa oğlu, Əliyev Raul Firudin oğlunun Rusiya Federasiyasından, Rəhimov Anar İlqar oğlunun isə Gürcüstandan ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatətləri təmin edilib.

Belə ki, Xalid Əliyev və Anar Rəhimovun xeyli miqdarda ziyan vurmaqla, Raul Əliyevin isə külli miqdarda ziyan vurmaqla törədilən dələduzluq cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Yanvarın 24-də qeyd olunan şəxslər Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

Teqlər:

"Prokurorluq: Beyn\u0259lxalq axtar\u0131\u015fda olan \u015f\u0259xsl\u0259r Az\u0259rbaycana ekstradisiya olunub"

Əlaqəli Xəbərlər