Menyu

Prokuror valideynlik hüququndan məhrum edilməsi barədə iddia qaldıra biləcək

Prokuror valideynlik hüququndan məhrum edilməsi barədə iddia qaldıra biləcək

Prokuror valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldıra biləcək.

"Operativ Media" xəbər verir ki, bu, Milli Məclisin İnsan hüquqları komitəsində müzakirəyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə edilən Ailə Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, valideynlərin valideynlik hüquqlarının məhdudlaşdırılması və valideynlik hüquqlarından məhrum edilməsi barədə iddia qaldırmaq hüququ olan şəxslər sırasına prokurorluq orqanlarının da əlavə edilməsi təklif edilir.

Qeyd edək ki, hazırda uşağın yaxın qohumları, yetkinlik yaşına çatmayan uşaqları müdafiə edən orqanlar, məktəbəqədər, ümumtəhsil və başqa müəssisələr valideynlik hüquqlarının məhdudlaşdırılması barədə iddia qaldıra bilərlər.

Teqlər:

"Prokuror valideynlik h\u00fcququndan m\u0259hrum edilm\u0259si bar\u0259d\u0259 iddia qald\u0131ra bil\u0259c\u0259k"

Əlaqəli Xəbərlər