Ötən gün 18 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
Nərmin Qocamanlı
Polis əməkdaşlarının yanvarın 25-də respublika ərazisində keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 17,9 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.
"Operativ Media" xəbər verir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 13 kiloqramdan artıq marixuana, 3,3 kiloqramdan çox heroin, 1,6 kiloqrama yaxın metamfetamin olub.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.