Kamran Əliyev: 2023-cü ildə 58 şəxs Ermənistanın mina terrorunun qurbanı olub
Nərmin Qocamanlı
"58 şəxs 2023-cü ildə mina və hərbi sursat partlayışlarının qurbanı olub".
"Operativ Media" xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğunda keçirilən Geniş Kollegiya iclasında Baş prokuror Kamran Əliyev bildirib.
Əlavə edilib ki, 19 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Baş prokuror, həmçinin, qeyd edib ki, 342 şəxs 2020-ci ilin noyabr ayından hazırki vaxtadək mina və hərbi sursat partlayışlarının qurbanı olub, həmin şəxslərdən 65-i həlak olub, 277 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.