Menyu

Azərbaycana daha çox turist cəlb etmək üçün nələr edilməlidir?

Nərmin Qocamanlı
Azərbaycana daha çox turist cəlb etmək üçün nələr edilməlidir?

Ötən il ölkəmizə 2,086,548 turist gəlib. Bu rəqəm 2022-ci ilin statistikası ilə müqayisədə 30 faiz çoxdur. Lakin 2019-cu il ərzində xarici ölkələrdən Azərbaycana gələn turistlərin statistik məlumatlarına nəzər salsaq, sonrakı illərdə gələn əcnəbilərin həmin saya çatmadığını görmək mümkündür. Bundan başqa respublikamıza xüsusilə Rusiya, Türkiyə və Asiya ölkələrindən gələn qonaqların sayı çoxluq təşkil edir.

Azərbaycana daha çox turist cəlb etmək üçün nələr etmək lazımdır?

Bu barədə Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov "Operativ Media"ya açıqlamasında bildirib ki, dünyada pandemiyadan sonrakı dövr, xüsusən də 2022-2023-cü illər turizm sənayesi bazarının bərpa olunma dövrü kimi qeyd olunur:

ocr

"Dünyada 2022-ci ildə bazar 70 faizə qədər bərpa olunmuşdursa, 2023-cü ildə pandemiyadan öncəki dövrlə müqayisədə turizm bazarının təxminən 90-95 faizə qədər bərpa olunduğu müşahidə olundu. Azərbaycanda da bu bərpa prosesləri gedib, amma, müəyyən səbəblərdən dünyakı bərpa olunma göstəricilərindən geridə qalır. Azərbaycanda turizm bazarı 2022-ci ildə 60 faizə yaxın bərpa olundu. 2023-cü ildə artım olsa da,göstəricilər 2019-cu ildən azdır. Bunun da obyektiv və subyektiv səbəbləri var. Nəzərə almaq lazımdır ki, müəyyən səbəblərdən quru sərhədləri hələ də bağlıdır. Əlbəttə ki, gələn turistlərin sayına quru sərhədlərin açıq olması təsir göstərir və dünya ölkələrinə də baxsaq, görərik ki, bəzi ölkələr pandemiyadan öncəki göstəricilərinə çatıblar. Həmin ölkələr maksimum dərəcədə açıq, məhdudiyyətləri tam şəkildə aradan qaldıran, turistləri ölkəyə cəlb etmək üçün daha çox təşviq edən və bununla bağlı həm quru, həm hava, həm də dəniz sərhədindən bariyerləri götürən ölkələrdir".

Ekspertin sözlərinə görə, gələcəkdə Azərbaycana gələn turistlərin sayı artacaq:

"Xüsusən keçən il qeyd olunan ölkələrdən və digər Körfəz ölkələrindən də ölkəmizə gələn turistlər var idi və bunların hətta bəziləri bir neçə faiz artıb. Düşünürəm ki, gələcəkdə Azərbaycanda da turist sayı artacaq. Çünki Azərbaycan hal-hazırda öz potensialından daha az turisti qəbul edir. Azərbaycanda turist qəbul etmə potensialı çoxdur. Ölkəmizdə beynəlxalq səviyyəli tədbirlər keçirilir və bir çox mötəbər tədbirlərə ev sahibliyi edirik. Bu ilin noyabr ayında da ekologiya ilə bağlı COP-29 tədbiri keçiriləcək ki, burada da kifayət qədər çox turistin ölkəyə gəlməsi gözlənilir. Bu tədbirlərin olması ölkənin imici və tanıdılması üçün yaxşı haldır. Amma, biz, təbii ki, daha çox turistin məhz istirahət məqsədləri üçün destinasiya kimi Azərbaycanı seçməsinə çalışmalıyıq. Yanız tədbirlər zamanı yox, illik təqvimin bütün aylarında stabil şəkildə turistlərin Azərbaycana gəlməsini təmin etmək lazımdır, bunun üçün isə ölkəmiz daha əlçatan və rahat gəlinə bilən ölkələr sırasında olmalıdır".

C. Aşurov bildirib ki, regionlardakı hava limanlarının aktivliyini artırmaq vacibdir:

"Qloballaşan dünyada bir çox yerlərin turizm bazarına diqqət yetirəndə görürük ki inflyasiya, enerji daşıyıcılarının və qida qiymətlərinin qalxması ilə əlaqədar olaraq səyahət etmək bahalaşıb. Məsələn, illər əvvəl şərti olaraq bir turist başına düşən xərc 1000 dollar idisə, artıq dünya üzərində bu xərc 50 faizə yaxın artıb. Amma, Azərbaycan otellər və qida qiymət göstəricilərinə görə çox da bahalı ölkə hesab olunmur, sadəcə olaraq, nəqliyyat xərcləri də turpaketə daxil olduğu üçün qiymətlər müəyyən qədər bahalaşır. Bununla bağlı müəyyən islahatlar görülsə də, düşünürəm ki, bizim hava nəqliyyatımız daha əlverişli qiymətlər təklif etməyə çalışması şərt deyil. Biz çalışmalıyıq ki, regionlarda olan beynəlxalq hava limanlarımız səmərəli şəkildə işləsin və təkcə paytaxtda yüklənmə olmasın. Nəzərə alsaq ki, uçuşların, demək olar ki, 97 faizi Bakı Beynəlxalq Hava limanından həyata keçirilir. Ancaq digər hava limanlarımızın da aktivliyini artırmaq mümkündür və məyyən ciddi güzəştlər qoymaqla ucuz hava daşıyıcılarını bölgəmizə cəlb edə bilərik ki, bu da turistlərin gəliş-gedişlərinin aktivliyini artırar. Eyni zamanda, regionlarla bağlı təşviq proqramları, sahibkarların investisiya qoyuluşu ilə bağlı maraqları artırılmalıdır. İstər xarici investisiya, istərsə də yerli investisiyalarla bağlı, xüsusən regionlarda otellərin inşası, turizm infrastrukturunun yaradılması məsələlərinə diqqət ayrılması orada iqtisadi aktivliyin artırılmasına gətirib çıxarıla bilər".

Sevinc İbrahimzadə

Teqlər:

"Az\u0259rbaycana daha \u00e7ox turist c\u0259lb etm\u0259k \u00fc\u00e7\u00fcn n\u0259l\u0259r edilm\u0259lidir?"

Əlaqəli Xəbərlər