Menyu

Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasında eskalator əsaslı təmir edilib

Nərmin Qocamanlı
Bakı metrosunun “Cəfər Cabbarlı” stansiyasında eskalator əsaslı təmir edilib

"Bakı Metropoliteni" QSC-nin “Cəfər Cabbarlı” stansiyasında “ET-5M” tipli eskalatorlardan birinin əsaslı təmiri başa çatdırılıb.

"Operativ Media" bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.

Normativlərə uyğun olaraq, 150 min km-dən çox qaçış məsafəsi qət etmiş bu tip eskalatorlar təmirə dayandırılır. Təmirin birinci mərhələsində tam dövrə üzrə 70 metrdən artıq lent zolağının sürahi elementləri və pillələr sökülüb. Sonra eskalatorun dartı zənciri, əyləc sisteminin elementləri, reduktor və mühərriki çıxarılıb. Bütün qovşaq, hissə və elementlər təftiş üçün “Nərimanov” elektrik deposunda təmir sahəsinə göndərilib. Təftiş və defektoskopik müayinənin gedişi müddətində markşeyderlər qrupu eskalatorda fermaların çökmə səviyyəsini, mərkəzdən qaçma və digər parametrlərin ölçülməsi üzrə işi görüblər.

Normativ müayinələr aparılmaqla yararsız hissələr müvafiq ölçü və standartlara uyğun yenilənib, digər hissələr təmir-bərpa olunub. Sonra eskalator yenidən yığılıb və təkrar diaqnostik müayinələr aparılıb. Metropolitenin sahə üzrə müfəttişliyi istismar tələblərinə və standartlara uyğunluğu qiymətləndirdikdən sonra eskalatorun istismara verilməsi ilə bağlı qərar qəbul edilib.

İstifadəyə verilən eskalator oktyabr ayının ikinci yarısında əsaslı təmirə dayandırılmışdı.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər