Menyu

Binəqədidə narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib

Nərmin Qocamanlı
Binəqədidə narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib

Binəqədi Rayon İdarəsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar həyata keçirib. 
Əməliyyatlar zamanı 1992-ci il təvəllüdlü Bahadur Vəliyevdən 2 kiloqram marixuana götürülüb. Tədbirlərin davamı olaraq ona narkotik vasitəni satan Xırdalan şəhər sakini 1990-cı il təvəllüdlü Nurlan Tağıyev də tutulub. Sonuncunun üzərindən və yaşadığı ünvandan 3 kiloqrama yaxın marixuana, heroin, metamfetamin və 31 ədəd metadon həbi aşkar olunub. Daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olduğu üçün saxlanılan 1995-ci il təvəllüdlü Fərid Dadaşovdan isə 2 kiloqram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhəri və Abşeron rayonunda ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü Cəbrayıl Səttarzadə və onun rəhbərlik etdiyi dəstənin digər 3 üzvündən 1 kiloqrama yaxın tiryək, 1 ədəd “Kalaşnikov” avtomat silah, daraq və 19 ədəd patron aşkar olunub. Faktlarla bağlı istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən yanvar ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 95 nəfər saxlanılıb. Vətəndaşlarla aparılaran profilaktik söhbətlərin nəticəsi olaraq 9 ədəd odlu silah  və 3500 ədəd patron polis əməkdaşlarına könüllü təhvil verilib.

Teqlər:

"Bin\u0259q\u0259did\u0259 narkotikl\u0259rin sat\u0131\u015f\u0131n\u0131 t\u0259\u015fkil ed\u0259n v\u0259 silahl\u0131 \u015f\u0259xsl\u0259r\u0259 qar\u015f\u0131 \u0259m\u0259liyyatlar ke\u00e7irilib"

Əlaqəli Xəbərlər