9 və 13 fevral tarixlərində hərraclara 43 əmlak çıxarılacaq
Redaksiya
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 9 fevral tarixində keçiriləcək hərraca "Aqrarkredit" QSC Bank olmayan Kredit Təşkilatının balansında olan 1 fərdi yaşayış evi, 2 torpaq sahəsi və 8 qeyri-yaşayış sahəsi çıxarılacaq.
"Operativ Media" xəbər verir ki, Dövlət Xidmətindən verilən məlumata görə, 13 fevral tarixində keçiriləcək hərraca isə 32 nəqliyyat vasitəsi çıxarılacaq. Nəqliyyat vasitələri əsasən Rusiya, Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1980-2014-cü illəri əhatə edir.
Hərraca çıxarılan əmlakların tam siyahısı ilə https://clck.ru/33TqtH linki vasitəsilə tanış olmaq olar.
İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlak üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, beh ödəyərək iştirakçı statusu almaq olar.
Teqlər:
"9 v\u0259 13 fevral tarixl\u0259rind\u0259 h\u0259rraclara 43 \u0259mlak \u00e7\u0131xar\u0131lacaq"