Menyu

Çexiya parlamentinin Deputatlar Palatasının sədri Şəhidlər xiyabanını ziyarət edib

Nərmin Qocamanlı
Çexiya parlamentinin Deputatlar Palatasının sədri Şəhidlər xiyabanını ziyarət edib

Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri xanım Marketa Pekarova Adamovanın rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 1-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

"Operativ Media" xəbər verir ki, nümayəndə heyəti əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər güllər düzüblər.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanına gələrək ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər