Menyu

“Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun açılış mərasimi keçirilib

Nərmin Qocamanlı
“Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun açılış mərasimi keçirilib

Fevralın 1-də Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitunun “Strateji araşdırmalar və dövlət müdafiəsini idarəetmə akademik kursu”nun növbəti qəbulunun açılış mərasimi keçirilib.

MN-dən "Operativ Media"ya verilən məlumata görə, əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Digər dövlət qurumlarının nümayəndələrinin də iştirak etdiyi tədbirdə Hərbi İdarəetmə İnstitutunun rektoru polkovnik Bəbir Quliyev akademik kursun açılışı münasibətilə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyi adından iştirakçıları təbrik edib, onlara tədrisdə uğurlar arzulayıb.

Qeyd edək ki, tədris müddətində akademik kursun dinləyicilərinə beynəlxalq münasibətlər, qlobal təhlükəsizlik, xarici siyasətin, strategiya və müdafiənin planlaşdırılmasının, dövlət müdafiəsinin və müdafiə resurslarının idarə edilməsinin əsaslarına dair mövzularda mühazirələr oxunacaq, seminarlar, qrup çalışmaları və praktiki təcrübələr keçiriləcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər