Sumqayıtda Əşya bazarında yanğın olub
Əziz Əzizli
Sumqayıtda yanğın baş verib.
"Operativ Media" xəbər verir ki, hadisə Əşya bazarı kimi adlanan ərazidə qeydə alınıb.
Şəhər sakini, 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kvadratmetr olan meyvə-tərəvəz mağazasının 250 kvadratmetri yanıb.
Daha sonra yanğın mağazanın qarşısında park halında olan “Mercedes" markalı yük avtomobilinə keçib.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb olunub, yanğın söndürülüb.
Yanğının səbəbi araşdırılır
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net