Əzilən 15 avtomobilin sahiblərinə 333 manat ödəniləcək

Redaksiya
Baxış: 855
Əzilən 15 avtomobilin sahiblərinə 333 manat ödəniləcək

Ötən gün Bakıda narkotik maddənin təsiri altında olan sürücü qəza törədib, 15 avtomobilə ziyan vurub. Daxili İşlər Nazirliyinin yaydığı videogörüntüdən aydın görünür ki, sürücü avtomobillərə bilərək zərər vurur. Tıxacda gözləyən sürücülərin isə heç bir günahı yoxdur. Bəs belə olan halda ziyan dəyən 15 avtomobilin xərclərini kim ödəyəcək?

"Operativ Media"ya açıqlama verən hüquqşünas Tural Şükürov deyir ki, mülki məsuliyyətin sığortası haqqında qanunda bu tipli mübahisəli məsələlər aydın şəkildə qeyd edilib.

"Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. Yəni sığorta şirkəti burada 5 min manatlıq məbləği 15 sürücü arasında böləcək. Avtomobillərinə ziyan dəyən sürücülərə təxminən 333 manat ödəniləcək".

YouTube video

Digər xəbərlər