Menyu

Bakıda texniki nasaz avtomobil yolda qalıb, sıxlıq yaranıb

Nərmin Qocamanlı
Bakıda texniki nasaz avtomobil yolda qalıb, sıxlıq yaranıb
1 dəq oxu

Texniki nasaz avtomobilin yolda qalması Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında sıxlığın yaranmasına səbəb olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Məlumata görə, metronun “20 Yanvar” stansiyası istiqamətində yaranan sıxlığın qarşısını almaq üçün Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları yol polisinə məlumat veriblər.

Hazırda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.

Əlaqəli Xəbərlər