Menyu

Paytaxt sakininin bank kartından oğurluq edilib

Nərmin Qocamanlı
Paytaxt sakininin bank kartından oğurluq edilib
1 dəq oxu

Bakı Şəhər Baş Polis İdarəsi və Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının yanvarın 26-da keçirdikləri tədbirlərlə paytaxt sakini olan bir nəfərin bank kartından hesabındakı 600 manat pulunu oğurlamaqda şübhəli bilinən Naftalan şəhər sakini Elçin Ələkbərov və Laçın rayon sakini Araz Əliyev saxlanılıblar.

DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, davam etdirilən tədbirlərlə oğurluq əməlində şübhəli bilinən qrupun digər üzvü - Bakı şəhər sakini Tural Qurbanlı da müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Əlaqəli Xəbərlər