02 Fevral 2024, 12:45
Azərbaycanda lizinq şərtlərində hansı dəyişikliklərə ehtiyac var?
Azərbaycanda lizinq şərtlərində hansı dəyişikliklərə ehtiyac var? şəkil
Azərbaycanda lizinq şərtlərində hansı dəyişikliklərə ehtiyac var?

Azərbaycanda lizinq yolu ilə avtomobil sahibi olanlar az deyil. Belə ki, lizinqin bank kreditindən daha uzunmüddətli olması və bankların avtomobil kreditlərini məhdudlaşdırması ölkədə lizinqə marağın artmasına səbəb olub.

Azərbaycanda lizinq şərtləri və qiymətləri orta statistik şəxslər üçün sərfəlidirmi?

Mövzu ilə əlaqədar "Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası” (AADA) İctimai Birliyinin icraçı direktoru Eyyub Əliyev "Operativ Media"ya açıqlama verib. 

O qeyd edib ki, hazırki lizinq şərtləri əhalinin yaşam tərzinə uyğun deyil:

"İlk olaraq lizinq mexanizminə dəyişiklik edilməlidir. Bundan əlavə, lizinqlə avtomobil alan şəxsdən VÖEN tələb edilməsi düzgün yanaşma deyil. Həmçinin, hal-hazırda əksər lizinq şirkətlərində avtomobillərin buraxılış ölkələri arasında fərq qoyulur, məsələn, elə lizinq şirkəti var ki, Rusiya istehsalı avtomobil üçün vəsait ayırmır, eləsi də var ki, Çin istehsalına. Bu yanaşmanın özü də düzgün deyil. Yerli isehsal avtomobillərə gəldikdə isə onlar əsasən avtosalonda daxili şərtlərlə satılır. Ümid edirəm, bu il avtomobil sektorunda həm də lizinq alətinin doğru-dürüst tətbiqi də yer alar və vətəndaşlarımız yeni avtomobil almaq imkanı əldə edərlər".

Ekspert bildirib ki, hazırki lizinq qiymətləri əhalinin aşağı təbəqəsi üçün əlçatan sayılmır:

"Bu səbəbdən aşağı büdcəli vətəndaşlarımız məcbur qalıb ölkəmizə gətirilən istifadə müddəti bitmiş, yararsız avtomobilləri əldə edirlər".

 

Sevinc İbrahimzadə

Son xəbərlər
"Qalatasaray" Türkiyə millisinin üzvünü transfer etmək istəyir
İsrailin Zəncana endirdiyi zərbə nəticəsində 2 SEPAH hərbçisi həlak olub
İranın bir gecədə İsrailə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə çatıb
Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək?
İranın hava məkanının bağlı qalma vaxtı uzadılıb
Ağ Ev: Tramp Kanadada Zelenski ilə görüşəcək
"Əl-Hilal" Osimhenə illik 50 milyon avro təklif edib
İsraildə raket zərbələrindən zədələnən 22 bina dərhal söküləcək